logoMərkəzi Nəbatat Bağı
  • HAQQIMIZDA
    • Tarixçə
    • Rəhbərlik
    • Struktur
    • Tədqiqatçılar
    • Maliyyə hesabatları
  • ELMİ FƏALİYYƏT
    • Tədqiqatlar
    • Nəşrlər
    • Əməkdaşlıq
  • ZİYARƏT
    • Açıq saatlar
    • Qaydalar
    • İstiqamət
    • Biletlər
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZ
    • Azərbaycanca
    • English
    • Русский
    • Azərbaycanca
    • English
    • Русский
AZ
  • Azərbaycanca
  • English
  • Русский
  • Azərbaycanca
  • English
  • Русский

Bitki ekologiyası laboratoriyası

Laboratoriyanın tarixi

“Bitki ekologiyası” laboratoriyası 2009-cu ildə (ilk adı “Bitkilərin mühafizəsi və monitorinqi”) yaradılmışdır. 2021-ci ilin əvvəllərinə qədər laboratoriyanın tərkibində “Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə” sektoru fəaliyyət göstərib. 2021-ci ildən laboratoriyanın adı dəyişdirilərək “Bitki ekologiyası” laboratoriyası adlandırılmışdır.

 

 “Bitki Ekologiyası” laboratoriyasının fəaliyyətinin zəruriliyi:

Ekoloji tarazlığa və bitkilərin biomüxtəlifliynə qlobal iqlim dəyişmələrinin, antropogen amillərin ciddi təhdidlər yaratdığı müasir dövrümüzdə bitkilərin növ, qruplaşma və bütöv ekosistemlərinə ətraf mühit amillərinin təsirlərinin tədqiq edilməsi, nəticələrin proqnozlaşdırılması, idarə olunması aktual məsələdir və Mərkəzi Nəbatat Bağında “Bitki Ekologiyası” laboratoriyasının fəaliyyətini zəruri edir.

 

Laboratoriyanın əsas elmi fəaliyyət istiqaməti

Azərbaycanın təbii və mədəni florasında, Mərkəzi Nəbatat Bağında bitki növlərinin ontogenezinin müxtəlif mərhələlərinə, biomorfoloji xüsusuiyyətlərinə, bitki qruplaşmalarının strukturuna biotik, abiotik və antropogen amillərinin təsirindən yaranan dəyişmələrin dinamikasını müəyyən etmək, zərərli təsirlərin aradan qaldırmaq yollarını tədqiq etmək, xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, GİS xəritələrin işlənməsi və dendroxronologiya sahəsində tədqiqat işlərinin aparılması.

 

Laboratoriyanın qarşısında duran vəzifələr :

Yaxın perespektivdə:

  • Qlobal iqlim dəyişmələrinin, antropogen amillərin meşə ekosistemlərinə, Abşeronun bitki örtüyünə, Mərkəzi Nabatat Bağındakı bitkilərə təsirini öyrənmək, texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğuluqlarının təhlil etmək;
  • Xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, GİS xəritələrin işlənməsi və dendroxronologiya sahəsində tədqiqat işlərinin aparılması;
  • Azərbaycanın bitki örtüyünə, Mərkəzi Nəbatat Bağındakı bitki kolleksiyalarına, onların toxum, meyvə məhsuldarlığına ənənəvi və yeni xəstəlik törədən zərərvericilərin təsirlərinin öyrənilməsi, mübarizə tədbirlərinin hazırlanması;
  • İşğaldan azad edilmiş ərazilərdə kəsilmiş, yandırılmış, sənaye tullantıları, ağır metallarla çirkənləmiş sahələrdə meşə komponentlərinin monitorinqini aparmaq və ya bu işlərdə yaxından iştirak etmək;
  • Mərkəzi Nəbatat Bağında Qarabağ florası kolleksiyası yaratmaq;
  • Sayı azalmqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, qırmızı kitaba tövsiyyələr hazırlamaq;
  • Mərkəzi Nəbatat Bağında Azərbaycanın nadir, endem və relikt bitkilərinin kolleksiyasını yaratmaq, mühafizə tədbirlərini hazırlamaq;

 

“Bitki ekologiyası” laboratoriyasının kadr potensialının genişləndiyi, müvafiq şəraitin yarandığı təqdirdə:

Gələcək prespektiv vəzifələr:

  • Son zamanlar müşahidə edilən dağətəyi meşə qurşaqlarında aritləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhəddin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında baş verən struktur dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, cıxış yollarını araşdırmaq;
  • Turizmin, intensiv əkinçiliyin, kənd və şəhərlərin böyüməsinin təbii floraya, bitki ekosistemlərinə təsirini tədqiq etmək;
  • Yaşıllıqların, meşə təsərrüfatlarının sağlam təşkili prinsipləri və onların ciddi zərərlər, fəlakətli hadisələrdən sonra bərpa dinamikasının qanunauyğunluqlarını öyrənmək;
  • Ekoloji məhdudiyyətin bitki növlərinin, əsas bitki qruplaşmalarının coğrafi yayılmasına təsirinin təhlili, aritləşmə, təbii fəlakətlər və antropogen zərərli təsirlərdən (pozuntulardan) sonra özünü bərpanın struktur təşkili və regenerativ dinamikasının öyrənilməsi;
  • Meşə ekosistemlərinin müxtəlif komponentlərində ağır metalların tərkibinin monitorinqi, sənaye və hava yolu ilə çirklənmiş torpaqlarda bitkilərin davamlılığının öyrənilməsi;
  • Meşə əmələ gətirən əsas növlərin senopopulyasıyalarının struktur müxtəlifliyini və ardıcıllıq dinamikasının öyrənilməsi.

 

Tədqiqatlar:

 “Azərbaycanının təbii və mədəni florasın-da bitən bəzi bitki növlərinin biomorfoloji, dendro-xronoloji tədqiqi, CİS texnologiyaları və məsafədən zondlama məlumatları əsasında monitorinqi” mövzusu üzrə iki iş aparılır:

İŞ A: Abşerona introduksiya edilmiş bəzi iynəyarpaqlı bitkilərin biomorfoloji qiymət-ləndirilməsi. (Rəhbər: AMEA-nın m.ü., prof. M.R.Qurbanov).

MƏRHƏLƏ: Ardıc növlərinin rəqəmsal politomik təyinat açarlarının tərtibi.

İŞ B: Azərbaycanın şimal-şərq rayonlarında yayılmış bəzi bitki növlərinin radial artım dinamikasının və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi. (Rəhbər: b.ü.f.d., dosent, S.Q.Qarayev)

MƏRHƏLƏ 1: Azərbaycanın Şimal-Şərq rayonlarında yayılmış Fagus orientalis Lipsky. və Quercus iberica Stev.Ex Bieb. relikt növlərinin radial artım dinamikasının və biomorfoloji xüsusiyyətlərinin tədqiqi. (İcraşı: k.e.i. A.A.Seyfullayeva)

MƏRHƏLƏ 2: Aerokosmik zondlama məlumatları əsasında Azərbaycanın Şimal-Şərq rayonlarında bəzi meşə ərazilərinin müasir vəziyyətinin öyrənilməsi. (İcraçılar: k.e.i. N.İ.Əliyeva, k.e.i. M.M. Seyidəliyeva)

Bununla paralel olaraq laboratoriyanın əməkdaşları ağac və kol bitkilərinin introduksiyası, yaşıllaşdırmada perespektivli növlərin seçilməsi, Azərbaycanın relikt dendroflorasının təsnifatlaşdırılması, Turqay reliktlərinin bioekolji xüsusiyyətlərinin öyrənilməsi, müasir vəziyyətinin qiymətləndirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi, genofondunun yaradılması və mühafizəsi istiqamətində elmi tədqiqat işləri aparırlar.

 

Mühüm nailiyyətlər:

1. Görkəmli alim, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun iştirakı ilə GİS texnologiyalaraının tətbiq tətbiq etməklə Yer Kürəsinin müxtəlif ərazilərində Eldar şamının introduksiyası üçün yararlı ərazilərin ekoloji modeli qurulmuşdur (Şək.1).

 

 

   

 

Şək.1

 

  1. Şam növlərinin taksonomiki, biomorfoloji və rentgenoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrin əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarının tətbiqi ilə eldar şamının sərbəst növ statusu sübuta yetirilmişdir.
  2. Azərbaycanın Turqay florası reliktlərinin taksonomik tərkibi müəyyən edilmiş, botaniki-coğrafi xüsususiyyətləri analiz edilərək, Qırmızı Kitaba düşənlər və onların İUCN Qırmızı siyahısına görə kateqoriyaları, statusları və təbii arelları müəyyən edilmişdir.
  3. Azərbaycan dendroflorasında olan Çılpaqtoxumlu (Pinopohyta və ya Gymnospermae) bitkilərin mənşəyi və statusu müəyyən edilmişdir

 

Tədbirlər:

• Beynəlxalq Qafqaz Meşəçilik Simpoziumu, Artvin, Türkiyə. 2013;

• “Bitki Müxtəlifliyinin Mühafizəsində Nəbatat Bağlarının Rolu” Beynəlxalq  Konfrans. Batumi, Gürcüstan, 2013;

• Biosistematika. Berlin, Almaniya, 2011;

• 3-cü Beynəlxalq Qaradəniz Meşəçilik Konqresi, Artvin, Türkiyə, 2010;

• Qafqaz Regionunda Bitkilərin Mühafizəsinə həsr olunmuş Beynəlxalq Simpozium, Sent Lüis, Missuri, ABŞ, 2009;

• 3-cü Qlobal Nəbatat Bağları Konqresi, Vuhan, Çin, 2007;

• Nəbatat Bağlarının qorunmasına həsr olunmuş 6-cı Beynəlxalq Konqres. Oksford, İngiltərə, 2006.

 

Layihələr:

• UETM tədqiqat layihəsi № 4797 (2010-2011), “Azərbaycanda yayılmış şam ağaclarının patogen göbələklərlə qurudulmasının molekulyar tədqiqi”;

• Volkswagen Stiftung dəstəyilə (2011-2013) “Qafqazda bitki müxtəlifliyinin mühafizəsi metodlarının işlənib hazırlanması”.

 

Dərc edilmiş elmi əsərlər

Kitablar:

  1. M.R.Qurbanov. Meyvə və toxumlarına görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsulları. –Bakı: Elm, 2011. 60 s.
  2. M.R.Qurbanov, V.S.Fərzəliyev. Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri. – Bakı: Elm, 2013-72 s.
  3. M.R.Qurbanov, V.S.Fərzəliyev. Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri. – Bakı, 2017. 64 səh.
  4.  Курбанов М.Р. Основы изменчивости качества семян. Баку-“Red N Line” - 2018, 224 стр.

 

                             

                          

 

Məqalələr:

1. Qarayev S.Q. BayramovA.Ə. İntroduksiya olunmuş bitkilərin fenoloji fazalarının qrafiki metodla əks etdirməsi və proqnozu.       Azərbaycan Respublikası Təhsil Cəmiyyəti “Bilgi” dərgisi, Kimya, Biologiya, Tibb seriyası, 2003, №4, s. 42-45.

2. Qarayev S.Q. Ağac bitkilərinin böyümə və inkişaf prosesinin əsas göstəricilərinin yeni metodla əks etdirilməsi. AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərləri, // VIII cild, Bakı 2011, s.159-166

3. Гараев С.Г. Способы размножения интродуцированных на Абшероне видов дуба (Quercus L.) Мат. XI межд/ научно-методической конференции «Интродукция, сохранение и использование биологического разнообразия культурных растений», часть 1,. Махачкала, 2014 , стр . c. 31-33

4. Qarayev S.Q., İsgəndər E.O. Katalpa (Catalpa Scop.) növlərinin cücərtilərinin morfologiyası. //AMEA Botanika institutunun elmi əsərləri, XXXIV cild, Bakı 2014, s. 43-47

5. Гараев С.Г., Наджафова Дж.Н. Тургайные реликты дендрофлоры Азербайджана.// Материалы Всероссийской научно-практической конференции с межд. участием “Проблемы и перспективы устойчивого развития садоводства”.  Махачкала:- 2015, с. 8-10

6. Qarayev S.Q. Azərbaycan dendroflorasında olan Çılpaqtoxumlu (Pinopohyta və ya Gymnospermae) bitkilərin mənşəyi və statusu //Azərb.MEA-nın xəbərləri, biol. elml. seriyası, 2017, №1, s. 63-68

7.Гараев С.Г., Сафарова Э.П. Статусы реликтов флоры Азербайджана.//Материалы Международной научно-практической конференции, посвященной 125-летию ВНИИЦиСК и 85-летию Ботанического сада “Дерово Дружбы”. “Научное обеспечение устойчивого развития плодоводства и декоративного садоводства”. Сочи: ООО «Просвещение-Юг», 2019, с. 91-99

 

Əməkdaşlar

Soyadı, adı, atasının adı  Elmi dərəcə və elmi rütbəsi  Vəzifəsi         

 

 

 

Son Xəbərlər

10 May - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
10 May - Azərbaycanın Üm...
08.05.2025734
Mərkəzi Nəbatat Bağında istifadəyə verilmiş müasir və estetik görünüşlü körpü
Mərkəzi Nəbatat Bağında ...
02.05.2025828
Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib
Mərkəzi Nəbatat Bağında ...
21.04.2025598
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Mərkəzi Nəbatat Bağında ...
26.02.20251113
Mərkəzi Nəbatat Bağının qarlı qış mənzərəsi
Mərkəzi Nəbatat Bağının ...
21.02.20251081
Məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağında ekskursiyalar təşkil edilir
Məktəblilərin ekoloji ma...
17.02.2025839
Central Botanical Garden Logo
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs

Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunun saxlanılması və mühafizəsinin təşkili, Bağın ərazisinin paytaxt sakinləri və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, nəbatat və ekologiya elminin nailiyyətlərinin təbliği, Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərinin təşkili.

İş vaxtları

Hər gün - 09:00-17:00

Əlaqə

  • +99412 502 4158
  • +99412 539 0197
  • mnbphs@baku-ih.gov.az
  • Bakı, Badamdar şossesi, 40, AZ1004

© 2025 Mərkəzi Nəbatat Bağı. Bütün hüquqlar qorunur.

Hazırlayan AISTGroup MMC