logoMərkəzi Nəbatat Bağı
  • HAQQIMIZDA
    • Tarixçə
    • Rəhbərlik
    • Struktur
    • Tədqiqatçılar
    • Maliyyə hesabatları
  • ELMİ FƏALİYYƏT
    • Tədqiqatlar
    • Nəşrlər
    • Əməkdaşlıq
  • ZİYARƏT
    • Açıq saatlar
    • Qaydalar
    • İstiqamət
    • Biletlər
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZ
    • Azərbaycanca
    • English
    • Русский
    • Azərbaycanca
    • English
    • Русский
AZ
  • Azərbaycanca
  • English
  • Русский
  • Azərbaycanca
  • English
  • Русский

Qida və dərman bitkiləri biokimyası laboratoriyası

TARİXÇƏ

Laboratoriya 2000-ci ildə yaradılmışdır. Laboratoriyanın ilk rəhbəri AMEA-nın müxbir üzvü Oruc Vəli oğlu İbadlı olmuşdur. Vaxtilə laboratoriyada k.t.e.d. K.S.Əsədov çalışmışdır. Nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi, onların gələcək nəsillər üçün qorunub saxlanması vacib məsələlərdən biridir. Hazırda floramızda olan bitkilərin bir çoxu itmək təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün Mərkəzi Nəbatat Bağında nadir bitkilərdən ibarət kolleksiya sahəsi yaradılmışdır. Laboratoriyada nadir və nəsli kəsilməkdə olan bitkilərin biomüxtəlifliyinin öyrənilməsi, introduksiyası, reintroduksiyası, mühafizəsi və genofond kolleksiyasının yaradılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Laboratoriyaya b.ü.f.d. dosent. Zeynalov Yusif Muxtar oğlu rəhbərlik edib. 2023-cü ildə laboratoriyanın adı dəyişilərək "Qida və dərman bitkiləri biokimyası" olmuşdur. 

 

ELMİ İSTİQAMƏT

Dünya və Aərbaycan florasına daxil olan ot bitkilərinin bioekoloji xüsusiyyətlərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə tədqiqi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyən olunması, onların arealının kiçilməsi və sayının azlmasına səbəb olan amillərin aşkarlanması, bu növlərdən ibarət genofond kolleksiya sahəsinin yaradılması, öyrənilən dekorativ, efiryağlı, texniki, nektarlı,  dərman əhəmiyyətli perspektivli ot bitkilərinin aşkar olunaraq, dekorativ bağçılıqda, tibbdə, sənayedə və təsərrüfatın müxtəlif sahələrində istifadəsi üçün tövsiyələrin işlənib hazırlanması

 

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Nadir, dərman, efiryağlı, nektarlı, texniki əhəmiyyətli bitkilərin biomüxtəlifliyinin, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, introduksiyası, çoxaldılması, mühafizəsi və genofondunun yaradılması 

 

CARİ TƏDQİQATLAR

Hazırda mövcud kolleksiyanın pasportlaşdırılması və Azərbaycan florasının bəzi dərman, efiryağlı və sənaye əhəmiyyətli  əhəmiyyətli nadir bitkilərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə öyrənilməsi üzrə təddqiqat işləri aparılır

 

MÜHÜM NAİLİYYƏTLƏR

Iris L., Allium L., Crocus L ., Sternbergia L., Orchis L., Ophris L. Tulipa L. Hyacinthus L., Asphodeline L., Pion L., Alcea L. və dərman bitkiləri  cinslərinə daxil olan bəzi növ və sortlardan ibarət kolleksiya yaradılmışdır. Tədqiq olunan dərman, nadir, endem və nektarlı bitkilərin çoxaldılma xüsusiyyətləri, becərilmə üsulları işlənib hazırlanmışdır.

Yoncanın “Odlar yurdu” (№ 00239) və “Yaz çiçəyi” (№ 00215), Lərgənin “Leyla-12” (№ 00240), Gülülcənin “Canan” (№ 00242) sortlarına görə müəlliflik şəhadətnaməsi alınmışdır.

 

ELMİ ƏSƏRLƏR

1.  Yusif  Zeynalov, Hasan Yelken, Gaziantep çiçekleri, I cild.  Ankara    2008. 614 s

2. Yusif  Zeynalov,  Gaziantep çiçekleri, II cild. Ankara  2011, 544 s

3. Zeynalov Y.M. Nuhun  çiçəkləri İstanbul 2012

4. Zeynalov Y.M. Ağrı dağının Florası  Ankara.2015 

5. İbadlı O.V., Ağamirov Ü.M., Hüseynova N.B., İskəndərov A.T. Mərkəzi Nəbatat Bağının bələdçi kitabçası, Bakı, 2003, 56 s.

6. İbadlı O.V. Hüseynova N.B. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı -75, Bakı, 2009, 32 s.

7.  İbadlı O.V., Babayev R.İ., Fərzəliyev V.S., Hüseynova N.B. Nəbatat terminləri və bitki adları lüğəti.(2 hissəli, 4 dildə), Bakı, Elm, 2008, I hissə 327 s. II hissə 350s.

8. Nəbatat terminlərinin izahlı lüğəti, (Tərtib edənlər: İbadlı O.V., Hüseynova N.B., Səfərova E.P., Zərgərli A.) Bakı, Elm, 2011, 264 s.

9. Baş B., Zeynalov Y., Köse İ.. An investigation of in vitro Regenaration Potentiality of Prunus serrulata var. Kanzan. (Journal of Anatolian Natural Sciences). Anadolu Doğa Bilimleri Dergisi 6 (Özel sayı 2): 2015, s.87-89.

10. Ərəbzadə A.Ə., Zeynalov Y.M. Abşerona introduksiya olunmuş nedz­vetski almasının (Malus niedzwetzkyana Dieck.) tozcuqlarının morfolo-giyasi və həyati qabiliyyəti // AMEA Botanika İnstitutunun Elmi əsər­ləri, 2015, XXXV cild, s.136-139.

11. Ərəbzadə A.Ə., Fərzəliyev V.S. Abşerona introduksiya olunmuş alma (Malus Mill.) növlərinin meyvələrinin biokimyəvi göstəriciləri // AMEA Xəbərləri, Biologiya və tibb elmləri, 2016, cild 71, №2, s. 63-68.

12. Najafova C.N., Arabzade A.A., Hüseynova A. The Dewelopment and the growth features of sprouts of Malus orientalis Uglitzk. species intro­duced in Absheron // İnternational Journal of Secondary Metabolite (IJSM), 2017, v. 4, No 1, p. 61-65.    

13. Арабзаде А.А., Зейналов Ю. М. , Алиев Ч. С., Гусейнова Н. Б., Сафарова Э.П.. Некоторые биоэкологические показатели декоративных видов яблони (Malus Mill.), интродуцированных на Апшеронский полуостров Азербайджана. Плодоводство и ягодоводство России. Сборник научных работ. Москва-2018, Том. 53. c. 88-96.

14. Мамедова Г.Т., Зейналов Ю. М., Алиев Ч. С., Гусейнова Н. Б., Сафарова Э.П.Особенности роста и развития некоторых видов и сортов рода ирис (Iris L.) в почвенно-климатических условиях Апшеронской зоны Азербайджана. Плодоводство и ягодоводство России. Сборник научных работ. Москва-2018, Том. 53. c. 123-134.

15. Ərəbzadə A.Ə., Hüseynova N.B., Zeynalov Y.M. Abşeronda bəzi nadir ot bitkilərinin fenologiyası. AMEA Mərkəzi Nəbatat Bağının əsərləri, 2019, XVII cild, s. 3-19. Bakhsaliyeva K.F., Cəbrayılzade S.M., Namazov N.K., Həsənova A.R. Islamova Z.B. The General Characteristic of Anamorphic Fungi Spread In Azerbaiyan. International Journal of Reccent Technology and Engineering (IJRTE) ISSN: 2277-3878, Volume-8, Issue-3, September 2019.

16. Гулиева, С.Г. Арабзаде А.А. Вегетативное размножение некоторых видов (Аllium L.) из флоры Нахичевани, интродуцированных в сухие субтропические условия   Апшерона. Вестник Курганской ГСХА, Выпуск № 4 (36), 2020. c.10-15

 

ƏMƏKDAŞLAR

Soyadı, adı, atasının adı Elmi dərəcə və elmi rütbəsi Vəzifəsi Əlaqə vasitələri
       
       
       
       
       
       
       
       
       

 

 

Son Xəbərlər

10 May - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
10 May - Azərbaycanın Üm...
08.05.2025730
Mərkəzi Nəbatat Bağında istifadəyə verilmiş müasir və estetik görünüşlü körpü
Mərkəzi Nəbatat Bağında ...
02.05.2025823
Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib
Mərkəzi Nəbatat Bağında ...
21.04.2025594
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Mərkəzi Nəbatat Bağında ...
26.02.20251112
Mərkəzi Nəbatat Bağının qarlı qış mənzərəsi
Mərkəzi Nəbatat Bağının ...
21.02.20251080
Məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağında ekskursiyalar təşkil edilir
Məktəblilərin ekoloji ma...
17.02.2025839
Central Botanical Garden Logo
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs

Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunun saxlanılması və mühafizəsinin təşkili, Bağın ərazisinin paytaxt sakinləri və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, nəbatat və ekologiya elminin nailiyyətlərinin təbliği, Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərinin təşkili.

İş vaxtları

Hər gün - 09:00-17:00

Əlaqə

  • +99412 502 4158
  • +99412 539 0197
  • mnbphs@baku-ih.gov.az
  • Bakı, Badamdar şossesi, 40, AZ1004

© 2025 Mərkəzi Nəbatat Bağı. Bütün hüquqlar qorunur.

Hazırlayan AISTGroup MMC