8
May

10 May - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

821
2.jpg

10 may 2025-ci il müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Heydər Əliyev Azərbaycanın inkişafında, müstəqil və güclü dövlət kimi formalaşmasında müstəsna rol oynamışdır. 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail olmuşdur.

Ümummilli Liderin zəngin irsi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.  Bu strateji xətt ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın davamlı inkişafı və xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə yol açmışdır.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.