logoMərkəzi Nəbatat Bağı
  • HAQQIMIZDA
    • Tarixçə
    • Rəhbərlik
    • Struktur
    • Tədqiqatçılar
    • Maliyyə hesabatları
  • ELMİ FƏALİYYƏT
    • Tədqiqatlar
    • Nəşrlər
    • Əməkdaşlıq
  • ZİYARƏT
    • Açıq saatlar
    • Qaydalar
    • İstiqamət
    • Biletlər
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZ
    • Azərbaycanca
    • English
    • Русский
    • Azərbaycanca
    • English
    • Русский
AZ
  • Azərbaycanca
  • English
  • Русский
  • Azərbaycanca
  • English
  • Русский

Oduncaqlı bitkilər laboratoriyası

TARİXÇƏ

1994-cü ildə “Dekorativ bağçılıq” və “Qafqaz və Orta Asiya bitkiləri” laboratoriyaları birləşdirilərək “Ağac bitkilərinin introduksiyası» laboratoriyası yaradılmışdır. 2000-ci ildə laboratoriyasının adı dəyişilərək «Ağac və kol bitkiləri» laboratoriyası adlandırılmışdır. Laboratoriyaya 2000-ci ildən 2007-ci ilədək k/t.e.n., dos. Ü.M.Ağamirov rəhbərlik etmişdir.  Vaxtilə laboratoriyada AMEA-nın müxbir üzvü M.R.Qurbanov, Ü.M.Ağamirov, T.Mehdiyev, Y.Zeynalov, C.D.Mirzəliyev N.Babayev, T.Məmmədov, R.Həsənova çalışmışlar.

2021-ci ildə yenidən laboratoriyanın adı dəyişilərək “Ağac və kol bitkilərinin introduksiyası” olmuşdur.  «Ağac və kol bitkilərinin introduksiyası» laboratoriyasına b.e.d., prof. E.O İsgəndər rəhbərlik edib.  2023-cü ilə laboratoriyanın adı dəyişilərək "Oduncaqlı bitkilər" olmuşdur. "Oduncaqlı bitkilər" laboratoriyasına b.ü.f.d., dos. Asif Mehralıyev rəhbərlik edir.

 

ELMİ İSTİQAMƏT

Laboratoriyanın elmi istiqamətini  Azərbaycan və digər ölkələrin florasına aid ağac və kol bitkilərinin introduksiyası, taksonomik tərkibinin müəyyən edilməsi, botaniki-coğrafi, fitosenoloji, bioekoloji və ontogenetik xüsusiyyətlərinin tədqiqi, nadir oduncaqlı növlərin eko-bioloji xüsusiyyətlərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə tədqiqi, nadir bitkilərin areallarının kiçilməsinə səbəb olan amillərin aşkar edilməsi, reproduksiyası, genefondunun qorunub saxlanması üçün bir sıra tövsiyyələrin işlənib hazırlanması, istifadə perspektivliyinin müəyyən edilməsi  və məlumat bankının yaradılması kimi elmi-tədqiqat işləri təşkil edir.

 

TƏDQİQATLAR

«Ağac və kol bitkiləri» laboratoriyasında  “Dendrofloranı zənginləşdirilmək məqsədi ilə yeni növlərin introduksiyası, mövcud kolleksiyanın inventarlaşdırılması” mövzusuna aid olan yeni oduncaqlı bitki növlərinin introduksiyası, Cotoneaster Medik., Grataegus Tourn ex L., Amygdalus L. cinslərinə aid yeni  növlərin introduksiyası , Aralıq dənizi mənşəli oduncaqlı bitkilərin  introduksiyası və kolleksiya fondunun inventarlaşdırılması və  III dövr Arktik floranın bəzi mezotermik relikt növlərin introduksiyası və inventarlaşdırılması işlərinə aid olan mərhələlər üzrə elmi tədqiqat işləri yerinə  yetirilmişdir.
 
 
MÜHÜM NAİLİYYƏTLƏR

Azərbaycan florasına aid bəzi nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərin bioekoloji xüsusiyyətlərini, introduksiyasını, morfogenezini, reproduksiya və reintroduksiyasını in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq  edilmiş, həmin bitkilərin areallarının kiçilmə səbəblərni aşkar edilmiş, 189 növ ağac və kol bitkisinin ƏMBMİ-nın (İUCN) 3.1 versiyasına əsasən təhlükə kateqoriyalarını müəyyənləşdirilmiş və mühafizə edilmələri üçün təkliflər verilmişdir.

Laboratoriya əməkdaşı tərəfindən ilk dəfə Abşeron şəraiti üçün ağac və kol bitkilərinin introduksiya  perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır.  

Bəzi nadir ağac və kol bitkiləri ekoloji amillərə  qarşı   münasibəti tədqiq olunmuş, bu bitkilərin müxtəlif ekoloji tələbata   malik olduqları müəyyən edilmiş və həmin bitkilərin ekoloji xüsusiyyətlərinə uyğun olaraq Azərbaycanın müxtəlif  bölgələrində fərqli bitki qruplarında öz yerlərini tapdığı və bu ekoloji amillərin tədqiq olunan bu bitkilərin  areallarının kiçilməsində həlledici olmadığı qənaətinə gəlinmişdir.

Abşeron florası üçün bəzi yeni növlər (Vitis alpina  ,Vitis aestivalis Trachelospermum jasminoides  və s) introduksiya edilmiş, onların bioekoloji xüsusiyyətləri və istifadə perspektivliyi öyrənilmiş və həmin növlərin  Abşeronun quru suptropik iqliminə perspektivli olduğu müəyyən edilmişdir

 

ELMİ ƏSƏRLƏR

1.E.İskender, М.Özaslan, C.Canan, Y. Zeynalov Morphogenesis of buds of the rare and disappearing plant Alnus subcordata C.A. Mey. J. “Biotechnology &Biotechnological eguipment, 2005, 77-84  https://doi.org/10.1080/13102818.2005.10817231

 2.İskender E.,Zeynalov Y.,Ozaslan М.,Çakır B. ,М.Yayla F.,İncik F.N  Tree and shrub species of the Huzurlu High Plateau Phytologia Balcanica Sofia vol. 11(2), 2005, s. 149-156 

http://www.bio.bas.bg/~phytolbalcan/PDF/11_2/11_2_07_Iskender_%26_al.pdf

3.İskender E.,Ozuslu E.,Ozaslan M.,Zeynalov Y.The investigation of the flora of Sof Mountains (Gaziantep, Turkey). Flora Medditerranea. Italia Volum15: 179-209. 2005. http://www1.unipa.it/herbmed/flora/15-179.pdf

4..Can C.,Ozaslan M.,Sarpkaya K.,Toremen H.İskender E. In Vitro Micro-grafting of Pistachio, Pistacia vera L. var. Siirt, Onto Wild Pistachio Rootstock.   On Wild Pistachio Rootstocks. The Jurnal of Cell and Molecular Biology,Тurkey, 5:25-31, 2006. http://www.doc-developpement-durable.org/

5.İskender E.,Зеynalov Y.,Ozаslan М. Incik F.N.,Yаyla F.Investigation and Introduction of Some Rare and Threatened Plants from Flora of Turkey. J.”Biotechnology &Biotechnological Eguipment , 20/2006/3,p. 60-69 https://www.tandfonline.com/doi/abs/10.1080/13102818.2006.10817381

6.İskender E.Ozuslu E. Geophytes plants of Sof Mountain (Gaziantep) Biological Diversity and Conservation BioDiCon  2/2, 2009, s. 78-84

https://www.researchgate.net/publication/237622696_

7.İskender E.,Ozuslu E.,Tel Ahmet Zafer,Ahmet İlcimTaxonomic status of two subspecies for meneng (P. terebentus subs. terebethus P. terebenthus L. subs. paleestina) according to morphological and field observations Biological Diversity and Conservation, BioDiCon 2/2, 2009, s. 100-109

https://dergipark.org.tr/tr/download/article-file/1192418

8.Mamedov T.İskender E.Novruzov V.Monitoring of Endem Rare and Endangered   Trees and Shrubs in Azerbaijan International Journal of Agriculture İnnovations and Research Volume 5, İssue 3, 2016, p.291-295, https://www.ijair.org/index.php/issues?view=publication&task=show&id=822

 

ƏMƏKDAŞLAR

Soyadı, adı, atasının adı Elmi dərəcə və elmi rütbəsi Vəzifəsi Əlaqə vasitələri
Mehraliyev Asif Dadaş oğlu Biologiya üzrə fəlsəfə doktoru Laboratoriya müdiri  
       
       
       
       
       
       
       
       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son Xəbərlər

10 May - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
10 May - Azərbaycanın Üm...
08.05.2025826
Mərkəzi Nəbatat Bağında istifadəyə verilmiş müasir və estetik görünüşlü körpü
Mərkəzi Nəbatat Bağında ...
02.05.2025918
Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib
Mərkəzi Nəbatat Bağında ...
21.04.2025630
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Mərkəzi Nəbatat Bağında ...
26.02.20251157
Mərkəzi Nəbatat Bağının qarlı qış mənzərəsi
Mərkəzi Nəbatat Bağının ...
21.02.20251139
Məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağında ekskursiyalar təşkil edilir
Məktəblilərin ekoloji ma...
17.02.2025903
Central Botanical Garden Logo
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs

Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunun saxlanılması və mühafizəsinin təşkili, Bağın ərazisinin paytaxt sakinləri və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, nəbatat və ekologiya elminin nailiyyətlərinin təbliği, Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərinin təşkili.

İş vaxtları

Hər gün - 09:00-17:00

Əlaqə

  • +99412 502 4158
  • +99412 539 0197
  • mnbphs@baku-ih.gov.az
  • Bakı, Badamdar şossesi, 40, AZ1004

© 2025 Mərkəzi Nəbatat Bağı. Bütün hüquqlar qorunur.

Hazırlayan AISTGroup MMC